BAKI, 1 iyun. TELEQRAF
Moskva Magistrat Məhkəməsi "Rusiya Federasiyası Müsəlmanlarının Ruhani İdarəsi" mərkəzləşdirilmiş dini təşkilatının sədrinin birinci müavini Damir Muxetdinovu Rusiya İnzibati Xətalar Məcəlləsinin 5.26-cı maddəsinin 2-ci hissəsini pozmaqda təqsirli bilərək, ona təxminən 3570 manat (150.000) rubl məbləğində inzibati cərimə tətbiq edib.
Teleqraf xəbər verir ki, bu barədə "TASS" məlumat yayıb.
Müvafiq maddə dini və ya liturgiya ədəbiyyatının, dini ehtiram obyektlərinin, ideoloji simvolların və atributların nişanlarının və ya emblemlərinin qəsdən açıq şəkildə təhqir edilməsindən, yaxud onların zədələnməsindən və ya məhv edilməsindən bəhs edir.
"Məhkəmə D.V. Muxetdinovu sözügedən cinayəti törətməkdə təqsirli bilib və ona 150.000 rubl məbləğində inzibati cərimə cəzası verib", - deyə açıqlamada bildirilir.
Məhkəmə, Moskva Dövlət Linqvistik Universitetinin mütəxəssislərinin gəldiyi qənaətə görə, Muxetdinovun ofisinin divarlarında asılmış, Rusiyada tatar-monqol boyunduruğu dövrünün tarixi səhnələrini əks etdirən rəsmlərin milli və ya dini mənsubiyyətə görə birləşmiş qrupların üzvlərinə qarşı mənfi münasibətin formalaşmasına töhfə verə biləcəyini müəyyən edib. Məhkəmə belə bir nəticəyə gəlib ki, Müxetdinov ictimai xadim və Müsəlmanların Ruhani İdarəsində rəhbər vəzifə tutan şəxsi kimi bu hadisələrin qarşısını almaq üçün tədbirlər görülməsini təmin etməyib.