BAKI, 1 iyun. TELEQRAF
Fransanın “Lill” klubu baş məşqçi postuna Davide Ançelottini təyin edib.
Teleqraf xəbər verir ki, bu barədə Liqa 1 təmsilçisi rəsmi açıqlama yayıb.
36 yaşlı italiyalı mütəxəssislə iki illik müqavilə imzalanıb.
Məşhur məşqçi Karlo Ançelottinin oğlu olan Davide Ançelotti son olaraq Braziliyanın “Botafoqo” klubunda çalışıb. “Lill” onun baş məşqçi kimi ikinci iş yeri olacaq.
Qeyd edək ki, Davide Ançelotti məşqçilik karyerası ərzində uzun müddət atasının köməkçisi kimi fəaliyyət göstərib. O, “Bayern”, “Napoli”, “Everton” və “Real Madrid” klublarında köməkçi məşqçi olub. Son olaraq isə Braziliya millisinin məşqçilər korpusunda yer alıb.