
BAKI, 15 mart. TELEQRAF
"Sabah" klubu Mərakeşin "Raca Kasablanka" komandasının futbolçusu Hussin Rahimini transfer etmək istəyir.
Teleqraf-ın əldə etdiyi məlumata görə, Azərbaycan təmsilçisi 23 yaşlı hücumçu üçün artıq rəsmi təklif göndərib.
"Bayquşlar" Rahimi üçün "yaşıl əjdahalar"a 250 min dollar ödəməyə hazırdır.
Mərakeş millisinin də üzvü olan Rahiminin klubu ilə müqaviləsi 2026-cı ilin yayına qədər nəzərdə tutulub. Transferi baş tutacağı halda, o, müdafiəçi Sofian Çakladan sonra "Sabah"da çıxış edən əslən ikinci mərakeşli olacaq.
Qeyd edək ki, Hussin Rahimi cari mövsüm ərzində meydana çıxdığı 17 oyunda 5 qol müəllifi olub. O, Mərakeş millisinin heyətində Paris-2024 Yay Olimpiya Oyunlarının bürünc medalını qazanan 29 yaşlı cinah yarımmüdafiəçisi Sufyan Rahiminin qardaşıdır.