BAKI, 17 fevral. TELEQRAF

"Şamaxı" Azərbaycan Premyer Liqasının XXIII turunda səfərdə "Kəpəz"lə oyuna itki ilə çıxacaq.

Teleqraf klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, isinmə hərəkətlərini yerinə yetirərkən Vasiliye Bakiç zədələnib. Onun əvəzinə Arsen Ağcabəyov start heyətdə yer alacaq.

Qeyd edək ki, Tovuz şəhər stadionunda keçiriləcək oyun 16:00-da start götürəcək.