BAKI, 19 noyabr. TELEQRAF
İran ABŞ və Böyük Britaniya bazasının yerləşdiyi Dieqo-Qarsiya adası yaxınlığında 4500 kilometr məsafəyə çatan raketlərini sınaqdan keçirib.
Teleqraf xəbər verir ki, bu barədə SEPAH-ın rəsmi nümayəndəsi Hüseyn Mohebi İranın SNN agentliyinə bildirib.
Onun sözlərinə görə, raketlərin uçuş məsafəsinə qoyulan əvvəlki 2 min kilometrlik məhdudiyyət artıq keçmişdə qalıb və yeni ali lider əmr verərsə, İran Avropadakı Amerika bazalarını da hədəfə ala bilər.
Xatırladaq ki, Qərb mediası mart ayında Dieqo-Qarsiyadakı bazaya iki ballistik raket atıldığını yazsa da, Tehran həmin vaxt bu iddianı təkzib etmişdi.