BAKI, 15 oktyabr. TELEQRAF
"Mercedes" növbəti mövsüm üçün sürücü heyətini açıqlayıb.
Teleqraf komandanın mətbuat xidmətinə istinadən xəbər verir ki, Corc Rassel və Andrea Kimi Antonelli ən azı bir il öz yerlərini qoruyacaqlar.
Hər iki pilotun müqaviləsi cari mövsümün sonunda başa çatmalı idi. 27 yaşlı britaniyalı bu komandada dördüncü ilini keçirir, 19 yaşlı italiyali isə Formula 1-in debütantıdır.
Qeyd edək ki, Formula 1-in növbəti Qran-Prisi oktyabrın 19-da ABŞ-də keçiriləcək.