Avropa Birliyinin (AB) Ermənistandakı mülki missiyasının müşahidəçiləri Azərbaycanla sərhəddə yerləşən Xaçik kəndində patrul xidməti aparıblar.

Teleqraf.com xəbər verir ki, bu barədə AB missiyasının X sosial şəbəkə hesabında məlumat verilib.

“Patrulun keçirilməsində məqsəd yerdə təhlükəsizlik vəziyyətini qiymətləndirməkdir”, - məlumatda deyilir.