Ermənistan Prezidenti Vaaqn Xaçaturyan Beynəlxalq Cinayətlər Məhkəməsinin Roma Statutunu təsdiqləyib.
Teleqraf.com xəbər verir ki, Roma Statutu oktyabrın 3-də Ermənistan parlamenti tərəfindən ratifikasiya edilib.
60 deputat ratifikasiyanın lehinə, 22 deputat əleyhinə səs verib.
BCM-in Rusiya Prezidenti Vladimir Putinin həbsinə order verməsi fonunda İrəvanın Roma Statutuna qoşulması Moskvada qəbuledilməz hesab edilir.
Statut Ermənistan Baş naziri Nikol Paşinyan tərəfindən də təsdiqlənsə, ölkəsi rəsmən BCM-ə qoşulacaq. Bu, Ermənistan hökumətinə bu ölkəyə səfər edəcəyi təqdirdə Rusiya prezidentini həbs etmək öhdəliyi yaradacaq.