Ermənistan polisi ölkənin baş naziri Nikol Paşinyanın istefası tələbi ilə Nazirlər Kabinetinin qarşısına toplaşan etirazçılara qarşı xüsusi vasitələrdən, o cümlədən səs qumbaralardan istifadə etməyə başlayıb.

Teleqraf.com xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Yayılan videogörüntülərdə bir etirazçının huşunu itirdiyi görünür.

Polislə etirazçılar arasında qarşıdurmalar davam edir.