KTMT katibliyi İrəvandan “Sarsılmaz Qardaşlıq-2023” təliminin ləğvi ilə bağlı rəsmi bildiriş almayıb.

Teleqraf.com xəbər verir ki, açıqlamada təlimin keçirilməsinin zəruriliyinin İrəvanda təsdiqləndiyi bildirilib.

“Eyni zamanda, təşkilat təlimin 2023-cü ildə keçirilməsinə imkan verməyən Ermənistandakı vəziyyəti anlayır və hərbi təlimin ləğvi səbəbindən koalisiyanın təhlükəsizliyinin zərər görməyəcəyinə ümid edir”, - məlumatda deyilib.

Ermənistan Baş naziri Nikol Paşinyan dünən bundan sonra ölkəsinin KTMT-nin hərbi təlimlərinə ev sahibliyi etməyəcəyini açıqlamışdı.