Ermənistanın Gümrü şəhərində Rusiya hərbi bazası yaxınlığında keçirilən aksiyada 100-dən çox adam saxlanılıb.
Teleqraf.com xəbər verir ki, etirazçılar Rusiya hərbi bazasına gedən yolu bağlayıblar.
Aksiyaçılar bildiriblər ki, Rusiya sülhməramlılarını “işğalçı” elan edə bilərlər. “Biz dünyaya göstərəcəyik ki, Ermənistan 102-ci baza adı ilə Rusiya qoşunları tərəfindən işğal edilib”, - Milli demokratik qütb” təşkilatının üzvü Vahe Qasparyan bildirib.