Türkiyə vətəndaşı İrəvanda patrul maşınına ziyan vurub, diskoteka klubunun şüşəsini sındırıb.
Teleqraf.com xəbər verir ki, bu barədə İrəvan Polisi məlumat yayıb.
Məlumata görə, patrul avtomobili Arin Berdi küçəsində xidmətdə olarkən bir şəxs yaxınlaşaraq avtomobili yumruqlayıb. Ardından həmin küçədə fəaliyyət göstərən “Dali” diskoteka klubunun qapısının şüşəsini sındırıb, içəridə bir Ermənistan vətəndaşını təpiklə vurub.
Polis həmin şəxsi hadisə yerində saxlayaraq bölməyə aparıb.
Məlumata görə, saxlanılan şəxs Türkiyə vətəndaşı 31 yaşlı Bilal Ataydır. Onun klubda vurduğu şəxs isə 29 yaşlı İrəvan sakinidir.
Olayla bağlı cinayət işi açılıb.