Rusiya Müdafiə Nazirliyi Quru Qoşunlarının bölmələrinin KTMT-nin Ermənistanda keçiriləcək sülhməramlı təlimlərində iştirak edəcəyini açıqlayıb.

Teleqraf.com xəbər verir ki, bu barədə məlumat Rusiya Müdafiə Nazirliyinin saytında dərc olunub.

“Rusiya Federasiyasının hüdudlarından kənarda, Ermənistan ərazisində KTMT-nin sülhməramlı hərbi birləşmələrinin “Sarsılmaz Qardaşlıq-2023” birgə hərbi təlimləri keçiriləcək”, - məlumatda deyilir.