ABŞ Konqresinin Nümayəndələr Palatasının sədri Nensi Pelosi İrəvanda Ermənistan Baş naziri Nikol Paşinyanla görüşüb.

Teleqraf.com xəbər verir ki, Ermənistanın Baş naziri N.Pelosi ilə görüşün bəzi təfərrüatlarını açıqlayıb.

O bildirib ki, görüş zamanı ABŞ və Ermənistan arasında ikitərəfli gündəliyə aid məsələlər, regionda təhlükəsizlik məsələləri müzakirə edilib.