Ermənistan Baş naziri Nikol Paşinyan Emanuel Makrona Fransada keçirilən seçkilərdə yenidən prezidenti seçilməsi münasibətilə təbrik məktubu göndərib.
Teleqraf.com xəbər verir ki, Paşinyan məktubunda Fransanın ATƏT-in Minsk qrupundakı roluna da diqqət çəkib və bunu yüksək qiymətləndirdiyini deyib.
Ermənistan baş naziri məktubun sonunda qeyd edib: “Sizi yaxın gələcəkdə İrəvanda qəbul etməyi səbirsizliklə gözləyirəm, inamlı qələbəniz münasibətilə sizi bir daha təbrik edirəm və sizə uğurlar arzulayıram”.
İlkin məlumata görə, Emmanuel Makron prezident seçkilərinin ikinci turunda qalib gəlib. O, 57.6% səs toplayıb, rəqibi Marin Le Pen 42.4% səs qazanıb.