“Nikol Paşinyanın dövründə NATO standartlarına uyğun kamuflyaj gödəkçələri, dəbilqələr və müşahidə avadanlığı istehsalı ilə məşğul olan “Lyubava Armeniya” erməni-polyak şirkətinin fəaliyyəti dayandırılıb”.
Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistanın Polşadakı keçmiş səfiri Edqar Qazaryan məlumat verib.
Sabiq səfir sözügedən şirkətin səhmlərinin 50 faizinin Ermənistan Müdafiə Nazirliyinə məxsus olduğunu bildirib.
Bundan əvvəl keçmiş müdafiə naziri David Tonoyan Azərbaycanla 44 günlük müharibənin başlamasından bir neçə gün sonra erməni ordusunda dəbilqə və zirehlə bağlı problemin yarandığını deyib.