“Ermənistan hökuməti sülh gündəminə doğru irəliləyir”.
Teleqraf.com xəbər verir ki, bunu Ermənistan parlamentindəki çıxışında hakim “Vətəndaş Müqaviləsi” partiyasının deputatı Ovik Ağazaryan deyib.
Onun sözlərinə görə, Azərbaycan sülhün əldə olunmasına hazırdırsa, Ermənistan da buna hazırdır.
Ağazaryan hesab edir ki, bugünkü reallıqda qonşularla birgəyaşayışın aktual və məqbul olduğunu bilmək önəmlidir:
“Bu baxımdan, Qarabağla bağlı mövqeyimiz müxalifətçi həmkarlarımız üçün qəbuledilməzdir, onların fərqli baxışı var, eybi yox, qoy öz baxış bucaqları ilə gəlsinlər. İndi siz istəyirsinizsə, Qarabağın müstəqilliyinin tanınması məsələsini qaldırın, amma bu, Azərbaycana müharibə elan etmək və ya hərbi əməliyyatları bərpa etmək deməkdir”.
O, Ermənistan hökumətinin Azərbaycanın ərazi bütövlüyünü tanıdığını da diqqətə çatdırıb: “Bizim proqramımız nədir? Azərbaycanın ərazi bütövlüyü ilə bağlı problemimiz yoxdur”.
Bununla belə, Ağazaryan qeyd edib ki, Qarabağda yaşayan ermənilərin hüquqları ilə bağlı məsələlər də həllini tapmalıdır.