“Xalqımızı “qurbanlıq quzu” statusundan çıxarmaq üçün yol açırıq”.

Teleqraf.com xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan deyib.

“Bu gün mən deyirəm ki, Ermənistan suveren dövlətdir və biz nəyəsə qərar vermək hüququnu qaytarmalıyıq. Çünki biz bir ölkəyik. Biz vətəndaşıq, harada və necə kəsiləcəyimiz qərarı verilən quzu yox. İmkan verməyəcəyəm ki, nəsillərimiz “qurbanlıq quzu” statusunda saxlasınlar”, - Paşinyan bildirib.