“Ermənistan hökuməti hesab edir ki, İrəvan və Bakı tezliklə sülh sazişi bağlamalıdır”.
Teleqraf.com xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan parlamentdə bildirib.
Onun sözlərinə görə, Azərbaycanla sülh sazişinin tezliklə bağlanması Ermənistanın gündəmindədir.
Paşinyan sərhədlərin delimitasiyası haqda da danışıb:
“Bildirmək istərdim ki, hazırda komissiyanın formatı üzərində işləyirik. Ən geci aprelin 30-dək komissiyanın tərkibini dəqiqləşdirməliyik. Bu müddət ərzində müvafiq rəsmilərimiz Azərbaycan tərəfi ilə birgə çalışmalıdırlar ki, bu məsələyə nail olunsun, təşkilati məsələlərlə bağlı saziş imzalansın”.
Ermənistan və Azərbaycan sərhədlərinin delimitasiyası prosesi, baş nazirinin fikrincə, yaxın vaxtlarda mümkün qədər tez həyata keçirilməlidir.
Paşinyan qeyd edib ki, Ermənistan Azərbaycanın bütövlüyünü tanıyır.