“Bu gün beynəlxalq ictimaiyyət Ermənistana açıq şəkildə bildirir ki, dünyada Türkiyə və Azərbaycanın ərazi bütövlüyünü tanımayan yeganə ölkə olmaq Ermənistan üçün də böyük təhlükədir”.

Teleqraf.com xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan deyib.

“Bu gün beynəlxalq birlik bizə deyir ki, Dağlıq Qarabağla bağlı "planka"nı aşağı salın, Ermənistan və Qarabağ ətrafında daha böyük beynəlxalq konsolidasiya təmin olunsun. Əks halda beynəlxalq birlik deyir ki, bunu etməsək, sizə kömək edə bilməyəcəyik, bizə güvənməyin”, - baş nazir söyləyib.