Krımın baş nazirinin müavini Georgi Muradov Ermənistana səfər edib.

Teleqraf.com xəbər verir ki, bu barədə “Konstitusiya İttifaqı” partiyasının “İravunk” qəzeti bu gün məlumat yayıb.

Qəzet Ermənistanda keçirilən “Krım günləri”nin cədvəlini də dərc edib.

Belə ki, nümayəndə heyəti aprelin 6-da səhər saat 09:30-10:00-da nümayəndə heyəti qondarma erməni soyqırımı ilə bağlı ucaldılmış abidəni – “Sisernakaberd”i ziyarət edəcək.

Georgi Muradov aprelin 6-da saat 12:00-da “Azdak” klubunda mətbuat konfransı keçirəcək.

Aprelin 6-da saat 14:00-da Moskva Evində Krımın Rusiyanın ilhaqının 8-ci ildönümünə həsr olunmuş “Krım baharı, həmişə birlikdə” adlı sərgi açılacaq.

Aprelin 6-da saat 14:15-dən 16:30-dək Moskva Evində “Postsovet ölkələrinin inteqrasiyası, yeni Avrasiya ideyaları və yeni imkanlar” mövzusunda konfrans keçiriləcək.

“Krıma ziyarət” filmi aprelin 7-də saat 18:30-da Moskva Evində nümayiş etdiriləcək.