Ermənistanda “Krım günləri” aprelin 4-dən start götürüb.

Teleqraf.com TASS-a istinadla xəbər verir ki, bu barədə jurnalistlərə Krımın baş nazirinin müavini Georgi Muradov bildirib.

“Bu gündən etibarən Ermənistanda Krım günləri başlayır. Burada bizi gözləyirlər, ictimaiyyət Krımda baş verən hər şeylə maraqlanır. Krım və erməni biznes nümayəndələrinin görüşləri, ictimaiyyətlə görüşlər, çıxışlar, konfranslar, yaradıcı kollektivlərimizin çıxışları keçiriləcək. Bunlar tammiqyaslı tədbirlərdir”, - Muradov bildirib.

Qeyd edək ki, Ermənistanda “Krım günləri”nin təşkilatçısı “Konstitusiya hüququ ittifaqı” partiyasının sədri, “Krımın dostları” klubunun rəhbəri Ayk Babuxanyandır.