İtaliyanın xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Luici Di Mayo bu gün Ermənistana gələcək.

Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, İtaliyanın baş diplomatı 2-3 aprel tarixlərində Ermənistanda işgüzar səfərdə olacaq.

O, səfər çərçivəsində erməni həmkarı Ararat Mirzoya və Baş nazir Nikol Paşinyanla görüşəcək.

Di Mayo bu gün Azərbaycana gəlib. O, Bakıda Azərbaycan Prezidenti İlham Əliyev və həmkarı Ceyhun Bayramovla görüşüb.