İran hakimiyyəti koronavirusun omikron ştammının yayılmasının qarşısını almaq üçün qonşularla quru sərhədini 15 gün müddətinə bağlamaq qərarına gəlib.

Teleqraf.com xəbər verir ki, bu barədə İran gömrük orqanlarının nümayəndəsi Seyid Ruhulla Lətifi bildirib.

O qeyd edib ki, qərar Türkiyə, İraq, Əfqanıstan, Azərbaycan, Pakistan və Ermənistana aiddir.

İranda omikron ştammına ilk yoluxma halı dekabrın 19-da qeydə alınıb.