İran öz dövlət sərhədlərini pozan Ermənistana məxsus pilotsuz uçuş aparatını (PUA) vurub.

Teleqraf.com-un məlumatına görə, İranın hava hücumundan müdafiə sistemləri səhər saatlarında Ermənistan ərazisindən hərəkət edən PUA-nı dövlət sərhədini keçəndən sonra zərərsizləşdirib.

Ərdəbil əyalətində vurulan dronun kəşfiyyat dronu olduğu müəyyənləşdirilib.