BAKI, 9 dekabr. TELEQRAF
Bu gün Nərimanov rayonunda yeni çəkilmiş qaz xətlərinin mövcud şəbəkəyə qoşulması ilə əlaqədar qaz təchizatı dayandırılacaq.
Teleqraf xəbər verir ki, bu barədə “Azəriqaz” İctimai Birliyi məlumat yayıb.
Bildirilib ki, bu gün saat 10:00-dan etibaran Xətai prospektinin, T.Şıxəliyev, N.Quliyev və Ə.Dəmirçizadə küçələrinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.