
BAKI, 3 mart. TELEQRAF
"Mütəqillik dövrünün ən böyük istilik elektrik stansiyası olan, 2023-cü ildə Prezident İlham Əliyev tərəfindən təməli qoyulan 1280 MVT-lıq stansiyanın tikinti işləri yekunlaşır".
Teleqraf xəbər verir ki, bunu “Azərenerji” ASC-nin Texniki İstehsalat İdarəsinin rəis müavini Muxtar Mahmudov Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin bu gün keçirilən iclasında “Enerji səmərəliliyi: nəticələr və gözləntilər” mövzusunda ictimai müzakirədə çıxışı zamanı deyib.
Qeyd olunub ki, stansiyanın istismara verilməsi maya planlaşırılır.
Vurğulanıb ki, bundan sonra, hər il üçün 1 milyard kubmetr qaza qənaət ediləcək.
Bu da 2 milyon ton karbon qazı emissiyasına bərabərdir.