BAKI, 6 oktyabr. TELEQRAF

İstismara verildiyi tarixdən bu ilin oktyabr ayınadək “Göyçay” Kiçik Su Elektrik Stansiyasında 72,4 milyon kilovat saat elektrik enerjisi istehsal edilib.

Teleqraf xəbər verir ki, bu barədə Energetika Nazirliyi məlumat yayıb.

Bildirilib ki, "Göyçay" KSES ümumi gücü 3,1 MVt olmaqla, hər biri 1,033 MVt gücündə olan 3 ədəd hidroaqreqatdan ibarətdir.

Qeyd edək ki, Şirvan kanalının Göyçay rayonunun Bığır kəndi ərazisindən keçən hissəsində tikilmiş basqılı derivasiya tipli “Göyçay” Kiçik Su Elektrik Stansiyasının açılışı 2015-ci il oktyabrın 6-da olub.