BAKI, 2 oktyabr. TELEQRAF
Avropa İttifaqında (Aİ) qazın qiyməti ilin əvvəlindən 140%, dizel yanacağı isə 100% artıb.
Teleqraf xəbər verir ki, bu barədə Avropa Komissiyasının mətbuat xidmətinin rəhbəri Paula Pinyo Brüsseldə keçirilən brifinqdə bildirib.
“Fevraldan etibarən vəziyyəti qaz üzrə ekspertlər qrupumuz və neft üzrə koordinasiya qrupumuz vasitəsilə çox diqqətlə izləyirik. Həmin vaxtdan qazın qiymətləri 140% artıb, dizelin qiyməti isə iki dəfə bahalaşıb”, - deyə o qeyd edib.