
BAKI, 3 mart. TELEQRAF
"Növbəti 10 il ərzində qarşımıza məqsəd qoymuşuq ki, təkcə neft-qaz şirkəti deyil, SOCAR milli enerji şirkətinə çevrilsin. SOCAR-ı 2050-ci ildə yerli, regional deyil, qlobal enerji təhlükəsizliliyinə və iqlim davamlılığına töhfə verən enerji şirkət kimi görürürük".
Teleqraf xəbər verir ki, bunu Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) vitse-prezidentinin müavini Teymur Quliyev Milli Məclisdə “Enerji səmərəliliyi: nəticələr və gözləntilər” mövzusunda ictimai müzakirədə çıxışı zamanı deyib.
O bildirib ki, şirkətin ortamüddətli hədəfləri var:
"Şirkətin qarşıdakı hədəfləri 2030-cu ilə məşəldə rutin yandırmanın sıfıra endirilməsi, “Upstream” emissiyaları intensivliyinin 30 faiz azaldılması, 2035-ci ilə korporativ emissiya intensivliyinin 30 faiz azaldılması, ümumi emissiyaların 20 faiz azaldılması və 2050-ci ildə “xalis sıfır”a çatmaqdır. “Upstream” seqmentində sıfıra yaxın metan intensivliyi də hədəf götürülüb".