BAKI, 2 mart. TELEQRAF

Türkiyə yaxın günlərdə Naxçıvana təbii qaz nəqlinə start verəcək.

Teleqraf "TRT Haber"ə istinadən xəbər verir ki, bu barədə Türkiyənin energetika və təbii sərvətlər naziri Alparslan Bayraktar məlumat verib.

Onun sözlərinə görə, İğdır-Naxçıvan boru kəmərinin tikintisi başa çatmaq üzrədir və boru xətti gələn həftə istismara veriləcək.

Açılış mərasimində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, eləcə də Azərbaycan və Türkiyənin yüksək vəzifəli rəsmilərinin iştirakı gözlənilir.