TBİLİSİ, 27 fevral. TELEQRAF

Ötən ay Gürcüstan 334,21 milyon kilovatt/saat həcmində elektrik enerjisi idxal edib.

Teleqraf-ın yerli bürosu xəbər verir ki, bu barədə “Gürcüstanın elektrik enerjisi sisteminin kommersiya operatoru”nun (ESCO) hesabatında bildirilib.

Həcmin 189,70 milyon kilovatt/saatı Rusiyanın, 144,51 milyon kilovatt/saatı isə Azərbaycanın payına düşüb. Yanvarda Rusiya Gürcüstanın elektrik enerjisinə olan tələbatının 57%-ni, Azərbaycan isə 43%-ni təmin edib.

Yanvarda Gürcüstanda elektrik enerjisinin istehsalı 923,54 milyon kilovatt/saat, istehlakı isə 1 219,20 milyon kilovatt/saat olub.