BAKI, 20 fevral. TELEQRAF

2030-cu ilə qədər həm 10 metro stansiyası tikilməli, həm "Yaşıl" və "Qırmızı" xətlər ayrılmalı, həm də vaqon parkı yenilənməlidir.

Teleqraf xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında "Bakı Metropoliteni"nin kommunikasiya departamentinin rəisi Şaban İmkani deyib.

Onun sözlərinə görə, metro inşaatında ən birinci iş layihələndirmədir. Hazırda tikinti ilə bağlı bu istiqamətdə şaxəli işlər aparılır.

Şaban İmkani bildirib ki, xətlərin ayrılması layihəsi də gündəmdədir. Bunun çox mürəkkəb proses olduğunu vurğulayan Ş.İmkani layihənin icrasına bu il başlanılacağını vurğulayıb.