BAKI, 11 sentyabr. TELEQRAF

"Biz hansısa təşəbbüs ortaya qoyuruqsa və yaxud da onu icra etmək istəyiriksə, bunun arxasında mütləq bir araşdırma dayanır və biz həmişə həmin göstəriciləri təqdim edirik”.

Teleqraf xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev təhsil işçilərinin sentyabr konfransında bildirib.

“Təəssüf ki, bizim tənqidçilərimiz həmin təhlillərə qarşı hansısa alternativ variantlar ortaya qoymurlar. Düşünürəm ki, əgər bu baş versə biz təhsil sistemi olaraq bir addım irəli gedə bilərik. Çünki artıq daha maraqlı bir diskussiyanın şahidi olarıq. Mənim fikrimcə, bu məsələdə ardıcıllıq və fasiləsizlik çox vacibdir. Məktəbəqədər təhsilin əhatəliyi 14 faizdən 45 faizə qədər çıxa bilmişik. Bu say etibarilə hər il 100 mindən artıq uşağın məktəbəqədər təhsil alması deməkdir”,- nazir qeyd edib.