BAKI, 5 may. TELEQRAF
IELS 2025 beynəlxalq qiymətləndirmə tədqiqatının əsas mərhələsində Bakı və Sumqayıt şəhərlərindən beş yaşlı 2731 uşaq iştirak edib.
Teleqraf xəbər verir ki, bunu elm və təhsil nazirinin müşaviri, Azərbaycan Respublikasının Təhsil İnstitutunun (ARTİ) direktoru səlahiyyətlərini icra edən Elnur Əliyev deyib.
O qeyd edib ki, sorğu mərhələsinə isə 2689 valideyn və 817 təhsilverən cəlb olunub.
“IELS 2025 beynəlxalq qiymətləndirmə tədqiqatının imtahan mərhələsində 1311 nəfər qız (47,9%), 1420 nəfər oğlan (52,1%) iştirak edib.
Bu tətqiqata Bakı, Sumqayıt (Azərbaycan), Seara, Para, San-Paulu (Braziliya), İngiltərə (Birləşmiş Krallıq), Flamand İcması (Belçika), Koreya, Malta, Niderland, Birləşmiş Ərəb Əmirlikləri cəlb olunub”.