BAKI, 23 aprel. TELEQRAF

Qarabağ Universiteti İngilis dili istiqaməti üzrə müəllim vakansiyası elan edir.

Bu barədə Teleqraf-a Universitetdən məlumat verilib.

Bildirilib ki, müraciətlər mayın 14-də başa çatacaq.

Tələblərə cavab verən namizədlər məktubun mövzu hissəsində müraciət olunan vakansiyanın birinin və ya bir neçəsinin adını (nümunə: “English Language Teaching Vacancy") qeyd edərək [email protected] elektron poçt ünvanına göndərə bilərlər.

Namizədlər daha geniş məlumatı bu link vasitəsilə əldə edə bilərlər.

***

11:21

Qarabağ Universiteti “Təhsil elmləri”, “Riyaziyyat”, “Kimya”, “Biologiya”, “Coğrafiya”, “Azərbaycan dili”, “Ədəbiyyat (dillər üzrə)” və “İngilis dili” istiqamətləri üzrə müəllim vakansiyaları elan edir.

Bu barədə Teleqraf-a Universitetdən məlumat verilib.

Bildirilib ki, tələblərə cavab verən namizədlər məktubun mövzu hissəsində müraciət olunan vakansiyanın birinin və ya bir neçəsinin adını (nümunə: Riyaziyyat istiqaməti üzrə müəllim) qeyd edərək [email protected] elektron poçt ünvanına göndərə bilərlər.

Vakansiyalarla bu link vasitəsilə tanış olmaq mümkündür.