BAKI, 20 noyabr. TELEQRAF
Basketbol üzrə Azərbaycan milli komandasına yeni oyunçu cəlb olunub.
Azərbaycan Basketbol Federasiyasından Teleqraf-a verilən məlumata görə, əslən amerikalı Vesli Van Bek millimizin şərəfini qoruyacaq.
O, yığmanın Lüksemburqda keçiriləcək təlim-məşq toplanışına qatılacaq.
Qeyd edək ki, Vesli Van Bek hazırda İspaniyanın "Tenerife" klubunun şərəfini qoruyur.