BAKI, 21 avqust. TELEQRAF

“Sabah” klubu U-18 Azərbaycan millisinin basketbolçusu Hüseyn Qaflanovu heyətinə qatıb.

Teleqraf klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, "bayquş"lar 17 yaşlı oyunçu ilə 2+1 illik müqavilə imzalayıb.

O, 210 sm boya malikdir.

Hüseyn Qaflanov Azərbaycan Basketbol Federasiyasının dəstəyi ilə bir müddət Litvanın Vilnüs şəhərində yerləşən "NBA School"da peşəkar məşqçilərin rəhbərliyi altında hazırlıq keçib. O eyni zamanda bir il müddətində ABŞ-nin Cənubi Kaliforniya Akademiyasında təhsil alıb.