BAKI, 11 iyul. TELEQRAF
Basketbol üzrə Azərbaycanın oğlanlardan ibarət U-16 yığması Avropa çempionatı C divizionunun sonuncu qrup oyununu keçirib.
Teleqraf xəbər verir ki, Azərbaycan komandası Cəbəllütariq seçməsinə 69:40 hesabı ilə qalib gəlib.
Qeyd edək ki, milli komandamız qitə birinciliyində 5-9-cu yerlər uğrunda oyunlarda mübarizə aparacaq.