BAKI, 2 iyun. TELEQRAF

Avropa Gümüş Liqasına hazırlığı davam etdirən kişi voleybolçulardan ibarət Azərbaycan millisi Gürcüstandakı təlim-məşq toplanışını başa vuraraq Vətənə qayıdıb.

Federasiyanın mətbuat xidmətindən Teleqraf-a verilən məlumata görə, kollektiv Tbilisidə yerli yığma ilə iki yoxlama oyunu keçirib.

Azərbaycan millisi bu qarşılaşmalarda Gürcüstan millisini 3:0 və 3:2 hesablı qələbə qazanıb.

Qeyd edək ki, Avropa Gümüş Liqasında ilk turun oyunlarını 6 - 8 iyunda İsveçdə keçirəcək. Rəqiblər ev sahibi ilə yanaşı, Gürcüstan yığması olacaq.