BAKI, 2 iyul. TELEQRAF

Azərbaycan Şahmat Federasiyasının (AŞF) yeni tərkibdə olan İcraiyyə Komitəsinin iclası keçirilib.

AŞF-nin mətbuat xidmətindən Teleqraf-a verilən məlumata görə, iclasda İlahə Qədimova baş katib vəzifəsinə təsdiqlənib.

Qədimova yenidən bu vəzifəyə seçilib.

Toplantıda “Azərbaycan Şahmat Turu”nun təşkilatçılığı, yaxın aylarda baş tutacaq yarışlara hazırlıq məsələləri müzakirə edilib.