BAKI. 1 iyun. TELEQRAF

Qadın voleybolçulardan ibarət Azərbaycan milli komandası Avropa Qızıl Liqasında ikinci oyununu keçirib.

Teleqraf xəbər verir ki, rəqib Sloveniya yığması olub.

Görüş Faiq Qarayevin baş məşqçi olduğu kollektivin məğlubiyyəti ilə yekunlaşıb - 0:3 (16:25, 19:25, 23:25).

Beləliklə, hər iki görüşündə uduzan Azərbaycan millisi 3 komandalı qrupda sonuncu olub. Sloveniya 6 xalla qrup liderliyini əldə edib. Macarıstan isə 3 xalla 2-ci yeri tutub.

Yığma birinci oyunda Macarıstana uduzub - 0:3. Sloveniya isə öz növbəsində Macarıstan komandasına eyni hesabla qalib gəlib.