BAKI. 26 may. TELEQRAF

Azərbaycan şahmatçısı Teymur Rəcəbov məşqçiliyə başlayıb.

Teleqraf-ın məlumatına görə, bu barədə 38 yaşlı qrossmeyster "Sport-Ekspress"ə müsahibəsində bildirib.

O, Azərbaycan millisinin gənc istedadları üzərində çalışdığını bildirib.

Rəcəbov 28 yaşlı çinli qadın şahmatçı Ley Tintseyə də kömək etdiyini xatırladıb.

"Şagirdlərim həqiqətən də vaxtımın çox hissəsini alırlar", - deyə məşhur şahmatçı vurğulayıb.

Qeyd edək ki, Teymur Rəcəbov 31 yanvar - 15 fevralda keçirilmiş Azərbaycan çempionatında mübarizə aparıb. O, 4-cü yeri tutub.