BAKI, 30 aprel. TELEQRAF
“Xalça muzeyində yarışmaq maraqlı idi”.
Teleqraf xəbər verir ki, bu barədə bolqarıstanlı şahmatçı Antoaneta Stefanova Bakıda keçirilən “Çempionlar Savaşı” turnirində Azərbaycan çempionu Günay Məmmədzadəyə məğlub olduqdan sonra jurnalistlərə açıqlamasında bildirib.
O, Günay Məmmədzadəni çoxdan tanıdığını bildirib: “O, gözəl, istedadlı şahmatçıdır. Xalça muzeyində yarışmaq maraqlı idi. Burada təkcə idman komponenti vacib deyildi. Milli Xalça Muzeyində keçirilən görüşümüzə şahmat həvəskarlarının göstərdiyi marağı hiss etdim. Yarış bu baxımdan şahmatın gözəl təbliğatı idi. Dəvətə görə federasiyaya təşəkkür edirəm”.