BAKI, 30 aprel. TELEQRAF

Bakıda təşkil olunan şahmat üzrə “Çempionların savaşı” turnirinin bağlanış mərasimi keçirilib.

Teleqraf-ın məlumatına görə, əvvəlcə yarışa həsr olunmuş video-çarx nümayiş etdirilib.

Azərbaycan Şahmat Federasiyasının prezidenti Mahir Məmmədov yarış iştirakçılarına layiqli mübarizəyə görə təşəkkürünü bildirib.

Daha sonra Məmmədov Muzeyin direktor müavini Murad Ağayev bir-birilərinə xatirə hədiyyəsi təqdim ediblər. Eyni zamanda yarış iştirakçıları təltif olunub.