BAKI, 29 aprel. TELEQRAF

Azərbaycan Basketbol Liqasında finalçılar müəyyənləşib.

Teleqraf xəbər verir ki, bunlar “Sabah” və “Neftçi” komandalarıdır.

“Sabah” yarımfinalda “Şəki”ni hər iki oyunda üstələyib - 96:72 və 86:73.

“Neftçi” isə “Abşeron”dan güclü olub - 97:93 və 81:72.