BAKI, 21 aprel. TELEQRAF

Voleybol üzrə kişilər arasında Azərbaycan Yüksək Liqasında bürünc medalın sahibi məlum olub.

Teleqraf xəbər verir ki, bu, "Xilasedici" komandasıdır.

"Xilasedici" 3-cü yer uğrunda ikinci görüşdə ""Neftçi"ni 3:1 hesabı ilə yenib. İlk görüşdə isə 3:0 hesablı qələbə qeydə alınmışdı.

Daha əvvəl qadınların mübarizəsində "Milli Aviasiya Akademiyası" bürünc medala sahib olub.

Qeyd edək ki, qadın voleybolçuların yarışında birinci yer uğrunda “Azərreyl” və “Abşeron”, kişilərin mübarizəsində isə qızıl medal uğrunda “Azərreyl” və “Murov Az Terminal” klubları qarşılaşacaqlar. Qaliblərin adlarına müvafiq olaraq, aprelin 24-də və 25-də aydınlıq gələcək.