BAKI, 19 aprel. TELEQRAF

Qadın və kişi voleyboçuların Yüksək Liqasında qızıl medal uğrunda oyunların proqramı məlum olub.

Teleqraf xəbər verir ki, qadın voleybolçuların yarışında birinci yer uğrunda “Azərreyl” və “Abşeron” komandaları, kişilərin mübarizəsində isə qızıl medal uğrunda “Azərreyl” və “Murov Az Terminal” klubları qarşılaşacaqlar.

Qeyd edək ki, çempion iki oyunun nəticəsinə əsasən müəyyən olunacaq. İki qarşılaşmadan sonra tərəflər hərəyə bir qələbə qazanarlarsa (xallar da bərabər olarsa), Qızıl set oynanılacaq.

Yüksək Liqa

Final

21 aprel

Qadınlar (birinci oyun)

15:00. “Azərreyl” - “Abşeron”

GİN-nin Voleybol Mərkəzi

Final

22 aprel

Kişilər (birinci oyun)

15:00. “Azərreyl” - “Murov Az Terminal”

GİN-nin Voleybol Mərkəzi

Final

24 aprel

Qadınlar (ikinci oyun)

15:00. “Azərreyl” - “Abşeron”

Mükafatlandırma mərasimi

Milli Gimnastika Arenası

Final

25 aprel

Kişilər (ikinci oyun)

15:00. “Murov Az Terminal” - “Azərreyl”

Mükafatlandırma mərasimi

Milli Gimnastika Arenası