BAKI, 9 aprel. TELEQRAF

“Ziraat Bankkart” kişi voleybol komandası CEV Kubokunun qalibi olub.

Teleqraf xəbər verir ki, Türkiyə təmsilçisi təkrar final oyununda Polşanın “Asseco Resovia” klubunu 3:1 hesabı ilə məğlub edib.

Komandalar arasında keçirilən ilk oyunda da “Ziraat Bankkart” qələbə qazanmışdı (3:2).

Ankarada keçirilən görüşə böyük maraq müşahidə olunub. Türkiyə klubunun Avropa çempionu olduğu qarşılaşmanı 7600 azarkeş izləyib.