BAKI. 6 aprel. TELEQRAF

Azərbaycan Basketbol Liqasında (ABL) XX turun oyunları keçirilib.

Teleqraf xəbər verir ki, axırıncı turun nəticələrindən sonra A qrupunun lideri "Sabah", ikinci sıranın sahibi "Naxçıvan" və qrupun ən güclü üçüncü komandası "Neftçi" birbaşa pley-offa vəsiqəni təmin edib.

"B" qrupunu ilk pillədə bitirmiş "Şəki" klubu da birbaşa pley-off mərhələsinə yüksəlib.

Reqlamentə əsasən digər klublar mübarizəyə pley-in mərhələsindən start verəcəklər:

Pley-in cütlükləri:

"Sumqayıt" - "Sərhədçi"

"Gəncə" - "Lənkəran"

"Ordu" - "Quba"

"Abşeron" - NTD

Qeyd edək ki, pley-in mərhələsində ən tez iki qələbə qazanmış klublar pley-offa vəsiqə qazanacaqlar.